“Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu “ASC–nin Keyfiyyət Sahəsindəki siyasətin əsas məqsədi tələbatçının tələblərinə cavab verən İSO-9001-2015, Beynəlxalq standartlarına,qanunvericilik aktlarına və yerli standartlara uyğun tam keyfiyyətli məhsul istehsal etmək və istehsal edilmiş məhsulun təhlükəsizliyinə zəmanət verməkdir.
Keyfiyyət sahəsində aparılan siyasət aşağıdakı istiqamətlərə yönəldiləcəkdir:
İstehlakçının buraxılan məhsulun keyfiyyətinə olan tələbinin daimi təminatına;
- İstehlakçı və təminatçı ilə qarşılıqlı anlaşma şəraitində aparılan mübadiləyə;
- Siyasətin əsas qaydalarının zavod personalının nəzərinə çatdırılmasına və anlaşılmasına;
- Keyfiyyətin idarə etmə sisteminin və keyfiyyət sahəsində aparılan siyasətin nəticəsinin yararlılığının vaxtaşırı analizinin aparılmasına;
- Keyfiyyət sahəsindəki məqsədlərin təyin və analiz olunmasına əsas yaradılmasına.
Keyfiyyətin idarə edilməsi sistemini daima yaxşılaşdırmaq bizim öhdəçiliyimizdir!