(+994 12) 451-16-95

info@bmz.az

Home Contact us

Müəssisənin fəaliyyəti haqqında ümumi məlumat

 

“Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu” ASC-nin təməli 1883-cü ildə “Rotşild” şirkəti tərəfindən qoyulmuşdur. 1920-ci ildə müəssisə Balaxanı neft baltaları zavodu adı ilə fəaliyyət göstərmişdir.

         1991-ci ildən “Balaxanı maşınqayırma zavodu” adı ilə fəaliyyət göstərib. 2001-ci ildən nef sənayesində aparılan struktur islahatları ilə əlaqədar müəssisə “Azneftkimyamaş” ASC-nin tərkibində “Balaxanı maşınqayırma zavodu” adı ilə fəaliyyət göstərmişdir. 

“Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 24.12.2001-ci il tarixində D-3359 saylı (VÖEN 9900012761) “Azneftkimyamaş” ASC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 24.12.2001-ci il tarixində D-3350 saylı (VÖEN 9900019091) qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmış “Balaxanı maşınqayırma zavodu” ASC-nə qoşulması nəticəsində yenidən təşkil edilmişdir və həmin hüquqi şəxsin hüquqi varisidir. 

         “Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu” ASC hal-hazırda neft sənayesi üçün pərli qazıma baltaları, metçiklər, frezerlər, kolokollar, elevatorlar, açarlar, borututucular, kalibratorlar və digər qazıma avadanlıqları, müxtəlif tutucu və kəsici qəza alətləri istehsal edir.

Müəssisə mexaniki-yığma, dəmirçi, mexaniki-təmir, qaynaq səxlərindən, hazır məhsul, material anbarlarından və inzibati binadan ibarətdir. Zavodun ümumi sahəsi 2,7 hektar təşkil edir.

         Həmçinin müəssisənin tərkibində Azərbaycan Akkredatasiya Mərkəzinin AZ 04.0674.01.22 20.05.2022 şəhadətnaməsinə malik olan personalın sertifikatlaşdırılması üzrə Təlim Mərkəzi mövcuddur. Təlim mərkəzində aşağıda göstərilən sahələr üzrə personalın sertifikatlaşdırılması həyata keçirilir:

         - Yükqaldırma (yükləmə-boşaltma) əməliyyatları üzrə qaldırıcı qurğuların, avadanlıqların istismarı üzrə mütəxəssis;

         - Qaynaq və qaz ilə kəsmə işləri üzrə mütəxəssis;

         - Rəngləmə işlərinin yerinə yetirilməsi üzrə mütəxəssis;

         - Mexaniki qurğu və avadanlıqların istismarı, quraşdırılması, yığılması və təmiri işləri üzrə mütəxəssis;

         - Elektrik təsərrüfatı və alçaq gərginlikli elektrik sistemləri üzrə mütəxəssis;

         - Metalların mexaniki emalı üzrə mütəxəssis;

         - İsitmə, havalandırma və kondisiyalaşdırma sistem və avadanlıqları üzrə mütəxəssis;

         - Neft-qaz sahəsi üzrə mütəxəssis.

 

         Qeyd edək ki, müəssisə İSO 9001:2015 keyfiyyət menecment sistemi sertifikatına və müəssisənin istehsal etdiyi avadanlıqlar Uyğunluq sertifikatlarına malikdir.